Eliyevler 1313

“Qərbə dəhliz lazımdır, buna görə ABŞ Zəngəzur məsələsində Ermənistandan güzəşt gözləyir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Camalyan deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistana sadəcə anti-Rusiya mövqeyindən baxır:

“Vaşinqton Moskvanın təsirini regiondan uzaqlaşdırmaq istəyir, İrəvanla yaxınlaşması da buna görədir. Cənubi Qafqazda Ermənistan dövlətinin mövcud olması tarix boyu Rusiyanın maraqlarına uyğun olub. ABŞ-ın isə belə qayəsi yoxdur. İrəvandakı qərb agentləri antierməni mövqeyindən çıxış edərək maraqlarımızın ziddinə gedirlər.

İlham Əliyev tamamilə fərqli siyasət yürüdür. O, Heydər Əliyevin oğludur, diplomatik təcrübəsi və siyasi savadı var. Azərbaycan Rusiya və Qərblə balanslı siyasətə üstünlük verir. Moskva ilə əlaqələri istədiyi məsafədə saxlayır. Qərbin ehtiyaclarını və vəziyyətini görür, mövcud situasiyaya uyğun olaraq addımlarını dəyərləndirir. Hətta Rusiyanın zəifliklərindən istifadə etməyi bacarır. İrəvanda isə vəziyyət belə deyil”.

D.Camalyan Bakıda saxlanılan keçmiş qondarma rejimin separatçıları ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan müraciətdən danışıb:

“O şəxslərin Ermənistana qaytarılması hakimiyyətin maraqlarına uyğun deyil. Baş nazir Nikol Paşinyan xüsusilə Ruben Vardanyanın azadlığını istəmir. Bu məsələ Kremli də maraqlandırmır. Baxmayaraq ki, həbsdə olanların çoxunun Rusiya ilə əlaqələri var idi. Yəni biz Vladimir Putinə “ermənidən çox erməni ol, onların azadlığı üçün Bakı ilə danış” deyə bilmərik”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: