Venesuela neftinin təxminən yarısı ABŞ-a ixrac olunur.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın energetika nazirinin müavini Kayl Haustvayt deyib.
“Venesuelanın ümumi neft istehsalının təxminən yarısı – 500 min bareldən çox neftin ABŞ-a göndərildiyini müşahidə etdik”, – o, bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Venesuelanın gündəlik neft hasilatı təxminən 1,25 milyon bareldir.