Ukrayna savaşında qırılma anı yaşanır – VİDEO

Ukrayna savaşında qırılma anı yaşanır - VİDEO

Ukrayna müharibəsində qırılma anı yaşanır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Ramştayn bazasında Ukraynaya dəstək üçün yaradılmış kontakt qrupunun görüşündən öncə deyib.

Onun sözlərinə görə, məhz bunun üçün müttəfiqlər Ukraynaya yardım prosesini zəiflətməməlidirlər:

“İndi zəiflik göstərmək vaxtı deyil. Ukraynalılar bizə baxırlar, Kreml bizə baxır və tarix bizi görür. Ona görə də dayanmayacağıq. ABŞ Ukraynanın özmüdafiəsinin təşkilini dəstəkləməyə davam edəcək. Dünya və Ukrayna üçün həlledici zaman gəlib”.

Qeyd edək ki, artıq ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinlə ukraynalı həmkarı Aleksey Reznikov arasında görüş olub.