marko rubio

ABŞ dövlət katibi Marko Rubio İranla aparılan danışıqlarda müsbət irəliləyişlərin olduğunu bildirib.

Globalinfo.az-ın xəbərinə görə, o, məsləhətləşmələrin gedişi ilə bağlı yaxın vaxtlarda yeni xəbərlərin yayılacağını istisna etməyib.

“Hazırda yeni xəbər yoxdur. Amma ola bilər ki, bir qədər sonrakı saatlarda müəyyən məlumatlar ortaya çıxsın. Danışıqlarda müəyyən irəliləyiş əldə olunub və məsələnin nizamlanması istiqamətində iş aparılır. Vaşinqton İran problemini bu və ya digər şəkildə həll etmək niyyətindədir. Lakin hələlik buna diplomatik yollarla nail olmağa çalışır. Ümid edirik ki, məsələ diplomatik yolla həll olunacaq. Hazırda məhz bunun üzərində işləyirik. Hindistana səfərim zamanı bu mövzuda danışmağa əsas verəcək xəbərlərin olacağına ümid edirəm”, – rubio vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: