ABŞ tələb etdi, Britaniya təhvil vermədi: 157 il həbs cəzası…

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, ABŞ Prezidenti Co Bayden “Vikiliks”in qurucusu Culian Assancı əfv etməyi düşünmür. “Culian Assancın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulayıb. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir”, – mətbuat xidməti məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işğəncələrə məruz qalması məsələsini bildirmişdi.

Assanc ABŞ-a təhvil veriləcəyi halda onu asacaqlarmı? Jurnalistin edam olunması məsələsi gündəmdədir?

Globalinfo.az -a danışan politoloq Turab Rzayev deyib ki, Böyük Britaniya hökuməti Culian Assancı ABŞ-a verməyəcək:

“Məsələ ondadır ki, ABŞ Culian Assanca qarşı heç də humanist olmayacaq. Yəni onun ekstradisiyası halında ölüm hökmü, ya da ömürlük həbs kimi cəzalar verilə bilər.

Bir versiya da bu yöndədir ki, Böyük Britaniya və ABŞ Ədliyyə nazirlikləri arasında danışıqlar gedirdi və Assancın ekstradisiyası halında ona 157 il həbs cəzası veriləcək.

Rəsmi London məhz buna görə Culian Assancı vətəni Avstraliyaya qaytarıb”.

Qeyd edək ki, Culian Assanc sərbəst buraxılaraq vətəni Avstraliyaya qayıdıb. Assanc “Vikiliks” saytını təsis etməklə dünya şöhrəti qazanıb. Burada xüsusilə İraq və Əfqanıstandakı müharibələr, Quantanamo həbsxanası ilə bağlı ilginc faktlar, prezidentliyə namizəd olmuş Hillari Klintonun diplomatik və şəxsi yazışmaları, ABŞ-ın diplomatik korpuslarının sənədləri haqqında yüz minlərlə məxfi məlumatı ifşa edib.

Turan Rzayev
Globalinfo.az