ABŞ səfirliyi min dollar maaşı olan xadimə xəbərinə aydınlıq gətirdi

ABŞ səfirliyi min dollar maaşı olan xadimə xəbərinə aydınlıq gətirdi

Ötən gün ABŞ-ın Azərbaycandakı səfirliyinin təmizlik işçisi vəzifəsi üçün elan etdiyi vakansiya sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Vakansiyada bu vəzifə üzrə 5 gün iş qrafiki ilə 1739 manat (1000 dollar) əməkhaqqının müəyyən edilməsi maraqla qarşılanıb.

Məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən Globalinfo.az-a bildirilib ki, bu vəzifə üzrə səfirliyin veb səhifəsində vakansiya paylaşılıb.

Vakansiyada iş müddətinin həftə ərzində ümumi 40 saat olduğu və illik əməkhaqqının 12 min 276 dollar müəyyən edildiyi qeyd olunub. Bu məbləğ isə təqribi hesabla aylıq 1700 manat civarında əməkhaqqı edir.

Namizəddən orta məktəb məzunu olması, təmizlik işçisi kimi iş təcrübə tələb olunur. Əsasən iaşə obyektlərində iş təcrübəsi olanlara üstünlük verilir. Müraciət edəcək şəxslər Azərbaycan dili və orta səviyyədə ingilis dili bilməlidirlər. Diqqətli və həvəsli olmalı, yaxşı ünsiyyət qurmağı bacarmalı və həmçinin komandada işləmək qabiliyyətinə malik olmalıdırlar. Eləcə də gigiyenik iş tələblərini bilmək vacibdir.

Məlumata görə, vakansiya üçün seçiləcək namizəd aşağıdakı işləri icra edəcək:

Müxtəlif növ avadanlıqlardan istifadə etməklə ictimai və şəxsi yerlərdə bütün otaqları təmizləyir, mebelləri cilalayır, külqabı və zibil qutularını təmizləyir;

Xadimə axtarılır: aylıq maaş 2686 manat | Hafta.az

Tələb olunduğu kimi gündəlik camaşırxana və ütüləmə işləri aparır. Buraya həm ev sahibi həm də qonaqların paltarları daxil ola bilər;

Ev sahibi, qonaqlar, rəsmi qəbullar, şam yeməyi və digər tədbirlər üçün yemək və içkilərin hazırlanmasında köməklik göstərir;

Rəsmi və ya bufet tipli tədbirlər üçün və ev sahibinin şəxsi yeməklərini təqdim etməyə kömək edir;

Müvafiq çini, şüşə və gümüş qablar ilə piştaxtalar, stendlər və masalar quraraq yemək və xidmət sahələrini hazırlayır;

Ehtiyac yarandıqda təmiri və ya dəyişdirilməsini asanlaşdırmaq üçün qabları inventarda saxlayır;

Qapını açır və qonaqları müşayiət edir;

Çiçəkləri düzür və bitkilərə qulluq edir;

Zəruri hallarda digər işçilərə köməklik göstərir;

Verilmiş digər vəzifələri yerinə yetirir.

Ayşən Mustafa
Globalinfo.az