ABŞ səfiri Rusiya XİN-ə çağırıldı – SƏBƏB

ABŞ-ın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya XİN-ə çağırılan səfirə demarş verilib.

“ABŞ-ın Kiyevin Rusiya ərazisinə endirdiyi zərbələri təşviq etməsi ilə əlaqədar Rusiya Federasiyası cavab tədbirləri görəcək. Amerika səfirinə bildirilib ki, ABŞ faktiki olaraq münaqişə tərəfinə çevrilib, Ukrayna Silahlı Qüvvələrini Rusiyaya hücum üçün istifadə olunan silahlarla təchiz edib”, – Rusiya XİN-in məlumatında belə deyilir.