f6ef39dd 821c 3328 8868 f41dadc6b54f 850

“Putinin Ukrayna ilə bağlı təklifi ABŞ-ın BMT-dəki missiyası üçün qəbuledilməzdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.

O bildirib ki,  münaqişənin sülh yolu ilə nizamlanması üçün Moskvaya neytral, bloklara qoşulmayan, nüvəsiz Ukrayna lazımdır.

“Putinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması təklifi beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyəcək”, – Robert Vud vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: