ABŞ-ı “zəhərlədilər”, gələnlər terrorçulardır – Tramp

ABŞ-ı "zəhərlədilər", gələnlər terrorçulardır - Tramp

“ABŞ-ı miqrasiya böhranı ilə “zəhərləyiblər” və bu proses indiki administrasiya dövründə daha da dərinləşib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, hazırda Vaşinqtonun əsas problemi ölkəyə gələn 21 milyon miqrantdır:

“Onlar ABŞ-ı zəhərləyiblər. Həmin şəxslər ölkəmizə həbsxanalardan, psixiatriya xəstəxanalarından gəliblər. Onların arasında terrorçular da var. Bu, indiyə qədər üz-üzə qaldığımız ən çətin problemdir”.

Əliyar Xəlil
Globalinfo.az