ABŞ ordusu Yəmənin qərbində yerləşən Hudeyda şəhərinin hava limanına üç zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Masirah” telekanalı məlumat yayıb.
Zərbə nəticəsində Ənsarulah (Husilər) hərəkatının dəniz qüvvələrinin komandiri Mənsur əs-Sədi yaralanıb. Hadisə zamanı Əl-Sədidən başqa daha 7 nəfər yaralanıb.
“Əl-Hadat” telekanalının məlumatına görə, üsyançıların istifadə etdiyi silah anbarları, həmçinin Hudeyda hava limanında yerləşən raket və pilotsuz uçuş aparatları hədəfə alınıb.














