ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstana əlavə sanksiyaların anonsunu verib.
Globalinfo.az xəbər verir ki, o, Gürcüstanın hökumətinin etirazçılara güc tətbiqini qınayıb.
“Biz Gürcü Arzusu Partiyasını repressiv siyasətini dayandırmağa, fiziki güc tətbiqi ilə tənqidçilərini susdurmasından əl çəkməyə çağırırıq. ABŞ gürcü xalqı ilə həmrəydir”, – o bildirib.
Blinken sanksiyaların necə olacağını açıqlamayıb.
Əliyar Xəlil
Globalinfo.az














