ABŞ gizli sənədləri yaydı: İsrail-İran müharibəsi belə başlayır

ABŞ gizli sənədləri yaydı: İsrail-İran müharibəsi belə başlayır

İsrail İranın nüvə obyektlərinə hücumun simulyasiya təlimlərini keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin ictimaiyyətə sızdırılan sənədlərində yer alıb.

Məlumata görə, təlim fevralın 20-də baş tutub.

Bildirilib ki, fevralın 1-də Beynəlxalq Atom Enerjisi Agentliyi İrandakı obyektlərdən birində zənginləşdirilmiş uran səviyyəsinin nüvə silahının istehsalı həddinə yaxın olması barədə izlər aşkar edib. Bununla da İranın İsrail tərəfindən müəyyənləşdirilən qırmızı xətti keçməyə çox yaxın olduğu bildirilib.

Ehtimal edilib ki, hərbi toqquşma İsrailin İranın nüvə obyektlərinə hücumu ilə başlaya bilər.

Qeyd edək ki, bundan öncə sızdırılan sənədlərdə SEPAH-ın Qüds briqadasının və şiə milis dəstələrinin Suriyada baş verən zəlzələdən istifadə edərək ölkəyə yüzlərlə raket, PUA göndərdiyi ortaya çıxmışdı.

İlkin Həsənov
Globalinfo.az