ABŞ Əsədin müşavirini “İnterpol”a verdi

ABŞ Əsədin müşavirini "İnterpol"a verdi

ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisi Cəmil Həsəni (Jamil Hassan) beynəlxalq axtarış verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “İnterpol”un saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Bəşər Əsədin müşaviri vəzifəsində çalışmış C.Həsən müharibə cinayətlərində ittiham olunub.

Qeyd edək ki, 2024-cü il dekabrın 9-da Suriyada Əsəd rejiminin devrilməsindən sonra ABŞ Ədliyyə Departamenti C.Həsəni “Amerikalılara və digər mülki şəxslərə qarşı müharibə cinayətləri törətməkdə” ittiham edib.