ABŞ-də şok: 12 ildir bütün proqnozları düz çıxır

ABŞ-nin kompüter oyunları istehsal edən “Electronic Arts” şirkətinin “EA Sports” futbol oyunu yenidən diqqət mərkəzinə düşüb.

Globalinfo.az Metbuat.az-a istinadən xəbər verir ki, “EA Sports” ardıcıl 4 dünya çempionatının qalibini düzgün təxmin edib. 2010-cu ildə İspaniya, 2014-cü ildə Almaniya, 2018-ci ildə Fransanın çempion olacağını irəli sürən “EA Sports” Argentinanın da 2022-ci ildə dünya çempionu olacağına düz irəli sürüb.

Məlumata görə, “EA Sports” hələ çempionat başlamazdan əvvəl matçları simulyasiya etməklə qalibi müəyyən edir. Maraqlıdır ki, “EA Sports”un qalib etdiyi millilər mundialda həqiqətən də çempion olur.