ABŞ Türkiyəyə qarşı inanılmaz tələb irəli sürdü

ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi xarici hərbi satışlarla bağlı bildirişdə Türkiyəyə satılacaq sistemlər barədə təfərrüatlar yer alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti yazıb.

Belə ki, ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması səbəbindən Türkiyəyə verilməyən “F-35” qırıcılarının saxlanılması üçün Ankaradan ödəniş almaq istəyir.

Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CNN Türk-ə müsahibəsində “S-400” zenit-raket kompleksi ilə bağlı məsələnin həll ediləcəyi təqdirdə Ankaranın “F-35” proqramına qaytarılmasının mümkün olduğunu demişdi.

Xatırladaq ki, Türkiyə 2019-cu ildə “S-400” aldıqdan sonra “F-35” proqramından çıxarılıb.

Safura Bənnayeva
Globalinfo.az