ABŞ-da tornado: 18 nəfər ölüb, 30 mindən çox insan… – YENİLƏNDİ

ABŞ-da tornado: 18 nəfər ölüb, 30 mindən çox insan... - YENİLƏNDİ

ABŞ-da baş vermiş tornadoda ölənlərin sayı yenidən artıb.

Globalinfo.az xəbər veri ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yeddi ştatı vuran təbiət hadisəsi 18 nəfərin ölümünə səbəb olub.

Ölüm hallarının əksəriyyəti Arkanzas, İndiana və Tennessi ştatlarında baş verib.

30 mindən çox insan işıqsız qalıb.

***

ABŞ-da baş vermiş tornadoda ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Təbiət hadisəsi 11 nəfərin həyatına son qoyub.

Ölənlərdən 5-i Arkanzasda qeydə alınıb.

Çox sayda yaralı var. Arkanzasda 50-dən çox adam xəstəxanaya yerləşdirilib.