ABŞ-ın Nevada ştatında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar təxminən 20 min nəfər əhalisi olan Elko şəhərindən 95 km cənub-şərqdə, yerin 6 km dərinliyində qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.