ABŞ Böyük Yeddilik ölkələrini güclərini Çinə qarşı birləşdirməyin zəruri olmasına inandırmağa çalışır.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Nikkei” portal çıxış edib.
Sayt Vaşinqtonun bunun sayəsində Pekinə qarşı iqtisadi təzyiq rıçağı yaratmağa cəhd etdiyini bildirib. Bunun üçün amerikalıların Çin mallarının gömrük rüsumunun artırılması üzərində də çalışdıqları vurğulanıb:
“ABŞ administrasiyası hesab edir ki, birgə tədbirlər təkbaşına görüləcək işlərdən daha effektiv olacaq. Digər tərəfdən, Vaşinqton həmçinin bir çox ölkələrin Çindən iqtisadi planda asılı olduğunu da başa düşür. Buna görə də güman edir ki, əgər G7 ölkələri birləşsələr, Pekin iqtisadi məcburetmə addımlarından geri çəkilməli olacaq. Vaşinqton artıq bu məsələnin G7-nin növbəti görüşündə gündəmə gətirilməsini xahiş edib. Amerikalıların fikrincə, bir neçə ölkə bir-birinin zərərini qapada bilsə, bu, Çinin fəaliyyətləri ucbatından yaranacaq itkiləri azaltmağa kömək edəcək”.
İlkin Həsənov
Globalinfo.az














