ABŞ bazasının vurulmasına İrandan REAKSİYA

“İordaniya-Suriya sərhədində ABŞ bazasına edilən hücumlarda İranın əli yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

“İranın bu hücumlarla heç bir əlaqəsi yoxdur və münaqişə Amerika Birləşmiş Ştatları ilə regionda bir-birinə qarşı vuruşan müqavimət qrupları arasındadır”.

Diplomat bu açıqlamanı ABŞ-ın ittihamlarına cavab olaraq verdiyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 28-də İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəddə yerləşən ABŞ hərbi bazasına PUA-larla hücum edilib. Hücum nəticəsində 3 ABŞ əsgəri həyatını itirib, 34 nəfər isə yaralanıb.

Safura Bənnayeva
Globalinfo.az