Sakit okean regionunda keçirdiyi “Okean-2024” strateji komanda-qərargah təlimi fonunda ABŞ təcili olaraq Aleut adalarına (Alyaska) silah və qoşun yeridib.
Globalinfo.az xəbər verir ki, bu barədə Business Insider məlumat yayıb .
Qeyd edilib ki, “Okean-2024” təlimlərinin əsas məqsədləri Rusiya Hərbi Dəniz Qüvvələrinin birləşmələrinin müxtəlif qüvvə qruplarına nəzarət etmək, qeyri-standart əməliyyat tapşırıqlarını həll etmək, yüksək dəqiqlikli silahlardan, perspektivli və müasir silahlardan hərtərəfli istifadə etməyə hazırlığını yoxlamaqdır.
Qeyd edək ki, sentyabrın 10-da başlayan “Okean-2024” strateji komanda-qərargah təlimlərinə müşahidəçi qismində 32 xarici dövlət nümayəndəsi, 90 mindən çox hərbçi və 400-dən çox gəmi dəvət olunub.














