Abdullahianı o əvəz edəcək – FOTO

Helikopter qəzasında həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı kimin əvəz edəcəyi açıqlanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadri açıqlama yayıb.

Məlumata görə, XİN başçısının köməkçisi Əli Baqiri birinci vitse-prezidentin əmrinə əsasən xarici işlər nazirinin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, İran prezidenti, xarici işlər naziri və bir sıra rəsmi şəxslərin həlak olması səbəbi ilə İranda 5 günlük matəm elan olunub.

Ayşən Mustafa
Globalinfo.az