Abdullahian Hakan Fidanla bunu müzakirə etdi

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında Qəzzadakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin İsrailin İranın Dəməşqdəki konsulluğuna raket hücumunun reaksiyaları və nəticələrini müzakirə ediblər.