6b01a6bdb1c2e6b01a6bdb1c3017952703339802fa0324101a3279299d03d82add9c


Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Globalinfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından boğularaq ölüb.

49 yaşlı kişinin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: