cop31 antalya

Bu gün Antalya şəhərində Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) başlayıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, COP31-in Türkiyə şəhər iqtisadiyyatına dolayı yolla 2 milyard dollar, multiplikator effekti ilə isə 5 milyard dollara yaxın əlavə dəyər verəcəyi gözlənilir. Zirvə toplantısından yaşayış yerlərindən tutmuş, nəqliyyata qədər bir çox sektorun faydalanacağı bildirilir.

Təxminən 1.1 milyon kvadratmetrlik ərazidə keçiriləcək tədbirdə iqlim böhranı, təmiz enerji, sıfır tullantı və davamlı inkişaf mövzuları müzakirə olunacaq.

196 ölkənin və Avropa İttifaqının iştirakı ilə keçiriləcək 12 günlük sammitdə 102 ölkədən liderlərin və 300-dən çox nazirin iştirakı nəzərdə tutulur. 11-12 noyabr tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Liderlər Zirvəsi baş tutacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur, COP “Mavi Zona”da Azərbaycan pavilyonu qurulub.

Paylaş: