“İrana qarşı hərbi avantüralar onun xalqının iradəsini qıra bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Son ayların faciəvi təcrübəsi bir daha sübut edir ki, İranda ölüm və dağıntılar törədən hərbi avantüralar iranlıların öz ölkələrinin suverenliyini və müstəqilliyini qorumaq əzmini qırmaq iqtidarında deyil. Bu gün yeni zərbələrlə hədələyənlər bu barədə düşünməlidirlər”, – deyə o qeyd edib.
Zaxarovanın sözlərinə görə, vəziyyətin tənzimlənməsi məqsədilə diplomatik səylər gücləndirilməlidir.
“Vasitəçilərin səylərini dəstəkləyirik və öz tərəfimizdən də danışıqlar prosesinə töhfə veririk. Qarşılıqlı məqbul həll yollarının tapılmasına, eləcə də onların gələcəkdə həyata keçirilməsinə töhfə verməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, – deyə o əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az