“Avropalı diplomatlar G20 görüşündə Rusiya xarici işlər naziri Sergey Lavrovla şəkil çəkdirməkdən imtina etməklə Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəmədiklərini nümayiş etdirdilər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Bir sıra xarici işlər nazirləri ABŞ-da Sergey Lavrovla birlikdə şəkil çəkdirməkdən imtina etdilər. Eyni şey əvvəllər G20 maliyyə nazirlərinin görüşündə də baş vermişdi. Bir şey aydındır: Avrodegeneratlar Rusiya ilə münasibətləri normallaşdırmaq istəmirlər”, – deyə Medvedev qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az