ABŞ Prezidenti Donald Tramp müğənni Niki Minajı Ağ Evin mətbuat katibi təyin etməyi nəzərdən keçirəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə mühafizəkar amerikalı jurnalist Benni Consonla müsahibəsində bildirib.
“Bu, yaxşı fikirdir. Düşünürəm ki, bu barədə düşünməliyəm”, – deyən Tramp, həmçinin Consonun özünün də bu vəzifəyə uyğun olacağını söyləyib.
Oktyabrın 25-də Ağ Evin Kommunikasiya direktoru Stiven Çunq zarafatla Minajın yeni mətbuat katibi təyin olunmasını təklif etdi.
Əliyar Xəlil
Globalinfo.az