Rusiya hərbçiləri oktyabrın 30-da axşam saatlarında Ukraynanın Dnepr şəhərindəki dəmir yolu vağzalına bir neçə zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində yanğın baş verib, bir qadın yaralanıb. Yaralı xəstəxanayaçatdırılırb.
Ukraynanın dəmir yolu şirkəti “Ukrzaliznitsia” da hücum barədə məlumat yayıb. Bildirilib ki, vağzal əvvəlcədən təxliyə elan edilməsinə baxmayaraq, bir neçə dəfə atəşə tutulub.
Zərbələr nəticəsində sərnişin qatarının lokomotivi alışaraq yanıb.
Əliyar Xəlil