Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazırlaşdığına dair mesajların verildiyi hazırkı vəziyyət fonunda ictimaiyyətdə sorğu keçirilib.
Globalinfo.az xəbər verir ki, Ermənistanın “Oragir.news” nəşri ictimaiyyətdə KTMT ilə bağlı sorğu aparıb.
Əhalinin bir qismi KMTT-dən çıxmağın Ermənistana müsbət təsir etməyəcəyini düşünsə də, əksəriyyət bu təşkilatı faydasız hesab edir.
Sorğuda iştirak edən İrəvan sakinlərinin çoxu Ermənistanın Rusiyadan yalnız zərər gördüyünü və KTMT-dən çıxmalı olduğunu bildiriblər. Hətta “Türkiyə bizə hücum etsə, nə Rusiya, nə də Qazaxıstan köməyimizə çatacaq” fikirləri səsləndirilib.
Bəzi vətəndaşlar isə Rusiya ilə yanaşı ABŞ-a da güvənilməməli olduğunu vurğulayıblar.
Qeyd edək ki, KTMT-də Ermənistanın üzvlük məsələsinə baxılacağı, ölkənin təşkilatdan kənarlaşdırıması ehtimalının müzakirə olunacağı açıqlanıb. Həmçinin Ermənistan rəsmiləri də bu təşkilatda fəaliyyətin dondurulduğunu və KTMT-ni əhəmiyyətsiz hesab etdiklərini bildirirlər.
Əliyar Xəlil