Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var.
Globalinfo.Az Oxu.Az-a istinadən xəbər verir ki, rayon ərazisində KIA markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza nəticəsində sürücü ölüb, avtomobildə sərnişin qismində olan həyat yoldaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.