WhatsApp Image 2023 10 20 at 10.26.54

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda saxlanılan erməni terrorçulardan bəhs edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə parlamentdə “Güclü Ermənistan” fraksiyasının deputatı Syuzanna Avetisyanın sualını cavablandırarkən danışıb.

“Bu sualı məni siyasi cəhətdən aciz vəziyyətə salmaq üçün verirsiniz, yoxsa həqiqətən cavabı bilmək istəyirsiniz?

Artıq başqa çarə yoxdur, bu məsələ həll olunmalıdır. Nəsə etməyə çalışırıq, amma alınmır, nə edək?! Müxtəlif dövlətlərə və təşkilatlara müraciət etmişik. Gedib-gəliblər, deyiblər ki, yox, yox, vay”, – deyə Mirzoyan əlavə edib.

Qeyd edək ki, erməni müxalifəti “Bakıda saxlanılan erməni məhbuslar” dedikdə, hərbi cinayətlərə görə həbs yatan Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər terrorçuları nəzərdə tutur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: