Pasinyan 121xerite

“Üçbaşlı müharibə partiyası” daim “Azərbaycan, Türkiyə” deyir. Bəli, Azərbaycan və Türkiyə. Çünki Ermənistan qonşuları – İran, Gürcüstan, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmayana qədər forpost olaraq qalacaq”.

Globalinfo.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin fikrincə, müxalifət Ermənistanın forpost olaraq qalmasını istəyir:

“Niyə? Çünki pullarını qoruyurlar. Onların vəsaitlərini bloklayaraq bildiriblər ki, Ermənistana forpost statusu qaytarılmayınca, “bomj” olaraq qalacaqlar.

Artıq bir ildir Azərbaycandan Ermənistana qatarlar gəlir. Nə təklif edirsiniz? Qatarların hərəkətini dayandıraq? Biz forpost statusunu aradan qaldırmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması yolunu seçmişik.

Müxalifətə Ermənistanı qarət etmək üçün forpost lazımdır. Onlar 30 il ərzində Azərbaycan və Türkiyə adından istifadə edərək ölkəni talan ediblər. Biz regionu münaqişə dalanından çıxarırıq”, – baş nazir əlavə edib.

Paylaş: