nato abs herbciler 1785757710

Rusiyalı senator Aleksey Puşkov hesab edir ki, İranda hərbi əməliyyatların yenidən başlaması ABŞ-a İslam Respublikası üzərində qələbə qazandırmayacaq.

Globalinfo.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb. Senatorun fikrincə, müharibənin yenidən alovlanması regiona, qlobal iqtisadiyyata və ABŞ-ın özünə mənfi təsir göstərəcək.

Puşkov qeyd edib ki, hərbi əməliyyatların bərpası Avropada yanacaq qiymətlərinin artmasına səbəb ola bilər.

Onun sözlərinə görə, bu halda Avropa ölkələri Rusiyadan sabit enerji təchizatı aldığı dövrləri xatırlamalı olacaqlar.

Senator əlavə edib ki, ABŞ müharibənin ilk mərhələsində qələbəyə mane olan amillər səbəbindən yenidən İranı məğlub edə bilməyəcək.

Tahir Turan

Globalinfo.az

Paylaş: