10790330 3c07 410a 884c 70d53ef51fa4

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində neftayırma zavoduna gedən dəmir yolu xəttinin yaxınlığında içməli suyun israfı ilə bağlı şikayət var.

Bu barədə Globalinfo.Az Oxu.Az-a istinadən xəbər verir.

Şikayətdə qeyd olunub ki, ərazidəki magistral su xəttində bir ildən çoxdur qəza baş verib və borudan axan suya indiyədək müdaxilə olunmayıb.

Şikayətçi suyun israf olunduğunu vurğulayaraq, problemin həll edilməməsindən narazılığını ifadə edib.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Paylaş: