ist0

İstanbulda gecə saatlarından başlayan güclü leysan və fırtına həyatı iflic edib.  

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ən çox Pendik və Tuzla rayonlarına təsir göstərib.

Belə ki, bu ərazilərdə küçələri, yeraltı keçidləri su basıb, avtomobillər yollarda qalıb.

Səhər saatlarında şəhərdə tıxacın sıxlığı 80%-ə yüksəlib. Şiddətli külək səbəbindən dəniz nəqliyyatında fasilələr yaranıb.

Paylaş: