maxresdefault 1 1

İctimaiyyətimizin nəzərindən elə bil ki, hiss olunmadan, Paşinyanın Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi üçün ehtimal olunan tarixlər barədə bəyanatlarının sürətlə dəyişməsi ilə müşayiət olunan hadisələr baş verdi.

Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Əvvəlcə 2031-ci il elan edildi, cəmi iki gün sonra isə yeni tarixlər — 2027 və 2028-ci illər səsləndirildi.

Biz artıq öyrəşmişik ki, baş nazir (varçapet) ciddi siyasətçi üçün, yumşaq desək, tez-tez həddindən artıq “tələsik və kəskin” davranır və mövqeyini qəfil dəyişir. Lakin hətta onun üçün də tarixlərin bu cür dəyişdirilməsi qeyri-adi görünürdü.

Səbəb sadədir: Vaşinqtondan gələn bir şillə öz işini gördü və baş nazir qəfil özünə gəldi.

Təbii ki, bu, referendumun və ya TRİPP layihəsinin praktiki hazırlıq işlərinin sürətləndiriləcəyi demək deyil. Paşinyan prosesi uzatmaq taktikasını davam etdirəcək. Çünki Moskva və Tehran qarşısında götürdüyü öhdəliklər onun şəxsi siyasi və təkcə siyasi deyil, həm də digər sahələrdə uzunömürlülüyü baxımından həyati əhəmiyyət daşıyır…

Bizə isə hələlik strateji məqsəd və vəzifələrimizi həyata keçirmək üçün münasib fürsəti gözləmək qalır. Paşinyanın sistemsiz siyasi hay-küyü yalnız “X saatının” (həlledici anın – red.) yaxınlaşmasını sürətləndirir”, – Tofiq Zülfüqarov qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: