İran səfirliyinin arzuolunmaz şəxs elan edilən 4 diplomatından biri Qurbanəli Purmərcan Varcovi İranın Bakıdakı mədəniyyət mərkəzinin sədridir.
Globalinfo.az bildirir ki, bu barədə “MOUZE” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Purmərcan 2021-ci ildə Azərbaycandan qaçan dini təbliğatçı, İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsinin yerinə keçmiş və hələ də onun ölkədəki yarımçıq qalan işlərini davam etdirirmiş.