İsrailin Baş naziri Benyamin Netanyahu İranda mövcud hakimiyyətin devrilməsini ölkəsinin əsas vəzifəsi kimi təqdim edib. O bildirib ki, Tehran zəiflədilsə belə, nüvə proqramını bərpa etməyə çalışacaq.
Globalinfo.az xəbər verir ki, Netanyahu bu barədə “Tel-Hay” Universitetində yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı danışıb.
“Biz İran rejiminin aradan qaldırılması prosesini başa çatdırmalıyıq. Bu, əsas məqsədimizdir”, – deyə İsrailin baş naziri bildirib.
Onun sözlərinə görə, İran İslam Respublikası zəiflədilmiş vəziyyətdə olsa belə, təhlükə mənbəyi kimi qalır.
Netanyahu iddia edib ki, İranda hazırkı hakimiyyət mövcud olduğu müddətdə nüvə silahı yaratmağa yönələn fəaliyyətini və müttəfiqlərindən ibarət qrupları bərpa etməyə çalışacaq.
İsrailin baş naziri həmçinin qeyd edib ki, İranda hakimiyyətin devrilməsi Livandakı “Hizbullah” qruplaşmasından qaynaqlanan təhlükənin də aradan qaldırılmasına imkan verə bilər.
Əliyar Xəlil