Pakistanın ictimai işlər və kommunikasiyalar naziri Fazal Şakur Xan silahlı şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Xan Peşəvərdə keçiriləcək iclasa yollandığı zaman avtomobil yolunun çıxışında polis formasında olan silahlı şəxslər tərəfindən dayandırılıb.
Daha sonra nazirin həmin şəxslər tərəfindən aparıldığı bildirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi və nazirin hazırkı vəziyyəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
Safura Bənnayeva
Globalinfo.az