“Türkiyə və Azərbaycan arasında müdafiə, təhlükəsizlik, ticarət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla yanaşı, NATO istiqamətində də əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunur”.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında Globalinfo.az-ın əməkdaşının sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq həyata keçirilir və yeni istiqamətlər üzrə də imkanlar mövcuddur.
Ceyhun Bayramov həmçinin Azərbaycan və Türkiyənin Afrika ölkələri ilə əlaqələrinin inkişaf etdirilməsinin mümkünlüyünü vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik və maliyyə sahələrini əhatə edə bilər.
Ətraflı videoda:
