Gəncədə iki nəfər bıçaqlanıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Talıb Qafarov və 1995-ci il təvəllüdlü Heydər Həsənov bıçaq xəsarəti ilə xəstəxanalardan birinə yerləşdiriliblər.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.