Tərtər-Bakı avtobusunda təhlükəli anlar… – VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb.

Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib.

Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsinin qarşısını alıb.

O özünü itirməyərək, sükana nəzarət edib və avtobusu yolun kənarına çəkə bilib.

Həmin an baş verənlər ətrafdakılar tərəfindən lentə alınıb.