“ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə Avropa İttifaqı (Aİ) ilə ABŞ arasındakı münasibətlər ciddi sınaq qarşısındadır”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Kaya Kallas Belçikanın “Le Soir” qəzetinə müsahibəsində deyib.
“Əlbəttə, münasibətlərimiz dəyişib və hər kəsə aydındır ki, hazırda biz ciddi sınaqdan keçirik”, – deyə o bildirib.
Kallas qeyd edib ki, tarix boyu Brüssel və Vaşinqton arasındakı münasibətlərdə gərgin dövrlər olub.
Bununla belə, onun sözlərinə görə, bu əlaqələr hər iki tərəf üçün həyati əhəmiyyət daşımaqda davam edir.
Əliyar Xəlil
Globalinfo.az