pensiya 1

Cari ilin səkkiz ayında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinəttəqaüd təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında təyinatların 52,9 faizini kişilər, 47,1 faizini isə qadınlar təşkil edib.

Qeyd edək ki, sözügedən ödənişlərə aylıq və birdəfəlik sosial müavinətlər, eləcə də təqaüdlər daxildir.

Paylaş: