AA 20260909 42429067 42429063 PSG SK SLOVAN BRATISLAVA scaled

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti 6 oyun keçirilib. 

Globalinfo.az xatırladır ki, axşam saat 20:45-də keçirilən “Barselona” – “Feyenoord” qarşılaşması İspaniya təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib. “Ştutqart” – “Vikinq” matçında isə Almaniya təmsilçisi rəqib üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Yerli vaxtla axşam saat 23:00-da isə daha 4 oyun baş tutub:

“Napoli” 0:1 “Arsenal”

“Sportinq” 3:1 “Qalatasaray”

“Liverpul” 2:1 “Atletiko Madrid”

“PSJ” 6:1 “Slovan Bratislava”

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Sabah” klubu ilk oyununa sentyabrın 10-da çıxacaq. Komandamızın rəqibi İngiltərənin “Mançester Yunayted” klubu olacaq.

Paylaş: