Xəbər verdiyimiz kimi, Zərdab rayonunda ailə üzvlərinin yanaraq ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, “Unikal”ın əldə eydiyi məlumata görə, qəzada yanaraq həyatını itirən sürücü Elyar Məhəmmədov Zərdab rayonu Məmmədqasımlı kənd tam orta məktəbin riyaziyyat müəllimidir.
1989-cu il təvəllüdlü Elyar həm də Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, ötən gecə 77-BF-554 seriyalı “KİA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
Qəzada minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova yanaraq ölüblər.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.