Rusiya xarici işlər naziri Sergey Lavrov yenidən yaşıl meydanlara çıxacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Lavrov son vaxtlara qədər mütəmadi futbol oynadığını deyib. O, hazırda müəyyən obyektiv səbəblərdən fasilə verdiyini, lakin payız aylarında bir neçə oyunda iştirak etməyi planlaşdırdığını bildirib.
Rusiya XİN rəhbəri 2026-cı il futbol üzrə dünya çempionatını da xüsusi maraqla izləmədiyini etiraf edib. Onun sözlərinə görə, turnirdə hər hansı komandaya azarkeşlik etmədiyi üçün oyunları əvvəlki həvəslə izləməyib.
Qeyd edək ki, Lavrov uzun illərdir Moskvanın “Spartak” klubunun azarkeşi kimi tanınır. O, daha əvvəl klubun onun üçün sadəcə futbol komandası olmadığını, hətta ən çətin danışıqlar zamanı psixoloji tarazlığını qorumasına kömək etdiyini söyləyib.
Safura Bənnayeva
Globalinfo.az