serhat kilic 2487142

Sentyabrın 5-də evində ölü tapılan Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıçla bağlı yeni detallar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə aktyorun sevgilisi Özlem Esmergül danışıb.

O bildirib ki, Kılıçdan uzun müddət xəbər almadığına görə mənzilinə gəlib və onu qonaq otağındakı divanda hərəkətsiz vəziyyətdə görüb:

“Serhatın evinin ehtiyat açarı məndə olduğu üçün mənzilə birbaşa daxil oldum. Salonda Serhatı kresloda, əlləri sinəsinin üzərində, paltarsız vəziyyətdə gördüm. Yatdığını düşünərək ona səsləndim və qolundan tutaraq silkələdim. Bədəninin soyuq olduğunu və reaksiya vermədiyini gördükdə vəziyyətdən şübhələnərək əvvəlcə bacısı Sinem Kılıça məlumat verdim, daha sonra 112-yə zəng edərək yardım istədim”.

Hadisə yerinə gələn tibbi briqada aktyorun həyatını itirdiyini müəyyənləşdirib.

Sevgilisi bir neçə gün öncə Kılıçla danışdığını, boyun yırtığı səbəbindən çəkilişlərə gedə bilmədiyini, çox sayda ağrıkəsici qəbul etsə də, ağrılarının keçmədiyini bildirib:

“Sentyabrın 3-ü saat 16:00 radələrində Serhat məni məyus səslə zəng edərək çəkiliş heyətindən qovulduğunu və ağrısının keçmədiyini bildirdi. Əhvalı olmadığı üçün heç kimlə görüşmək istəmədiyini dedi. Mən də tək qalmasını istədiyim üçün onu rahat buraxdım. Bu müddətdə zəng və mesajlarla ona dəstək olmağa çalışsam da, cavab vermədi. İstifadə etdiyi dərmanların yuxuya səbəb olduğunu düşündüyüm üçün çox narahat etmədim.

Sentyabrın 5-də saat 17:00 radələrində yenidən zəng etdikdə telefonunun bağlı olduğunu gördüm və narahat olduğum üçün Nurtepe məhəlləsindəki evinə getdim. Orada isə onu ölü halda tapdım”.

Hadisə ilə bağlı araşdırma başlanıb. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün meyit ekspertizaya göndərilib.

Aktyorun ölümünün səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Safura Bənayeva
Globalinfo.az

Paylaş: