cidir duzu

“İşğaldan azad olunmuş ərazilərin tarixi və mənəvi statusu bu məkanlara xüsusi həssaslıqla yanaşmağı tələb edir. Buna baxmayaraq, bəzi ziyarətçilərin qayaların, daşların, binaların və tarixi abidələrin üzərinə ad, yazı və müxtəlif işarələr həkk etməsi ilə bağlı məyusedici hallara rast gəlinir”.

Bu fikirləri Globalinfo.az-a Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) rəhbəri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Rey Kərimoğlu deyib.

O bildirib ki, belə müdaxilələr yolverilməz olmaqla yanaşı, milli irsə hörmətsizlikdir:

“Şəhidlərin xatirəsinin yaşadılması üçün dövlət tərəfindən küçə və binalara onların adlarının verilməsi, xatirə lövhələri və abidələrin yaradılması istiqamətində mühüm işlər görülür. Bu baxımdan şəxsi adların tarixi obyektlərin üzərinə yazılması heç bir halda məqbul sayıla bilməz. Xüsusilə həmin yazılar arasında şəhid adlarının da yer alması problemin daha ciddi xarakter daşıdığını göstərir”.

Rey Kərimoğlu: Maarifləndirmə sonuncu mina tapılıb çıxarılana kimi davam etməlidir

Rey Kərimoğlu

R.Kərimoğlu qeyd edib ki, məsələnin qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilməli, turizm şirkətləri və bələdçilər ziyarətçiləri əvvəlcədən bu qaydalar barədə məlumatlandırmalıdır:

“Cəmiyyətə aydın şəkildə çatdırılmalıdır ki, tarixi-mədəni irsin qorunması hər bir şəxsin məsuliyyətidir və bu ərazilərə səfər edən hər kəs onların qorunmasına hörmətlə yanaşmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: