İran Yunanıstanda hücum təşkil edib? – Təl-Əviv məlumat yaydı

Yunanıstanın paytaxtı Afinada yerləşən yəhudi restoranı və sinaqoqa hücum etməyi planlaşdıran iki nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb.

Hər iki şəxsin Pakistan vətəndaşı olduğu və İranın təşəbbüsü ilə belə bir hücum planlaşdırdığı açıqlanıb.
Tehranın Afinadakı səfirliyi isə Təl-Əvivin bu iddialarını təkzib edib.

Ayşən Mustafa
Globalinfo.az